"İnanmırdıq ki, "Kəpəz"lə oyunumuz bu cür başa çatsın"

"İnanmırdıq ki, "Kəpəz"lə oyunumuz bu cür başa çatsın"
11:42 10 Avqust 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

"İnanmırdıq ki, "Kəpəz"lə oyunumuz bu cür başa çatsın. Qələbə qazanmaq istəyirdik. Amma rəqib yaxşı müdafiə olunurdu".

Futbolxeber.az-ın verdiyi məlumata görə, bu sözləri "Kəpəz"lə oyundan sonra "Neftçi"nin futbolçusu Kaue da Silva deyib.

Braziliyalı yarımmüdafiəçi qolsuz başa çatan görüşü belə şərh edib: "Rəqib haqda heç nə bilmirdik. Amma onların bizə qarşı aqressiv oynayacağını gözləyirdim. Çünki burada olduğum müddətdə bütün komandaların "Neftçi"yə qarşı eyni cür oynadıqlarını görmüşəm. Bizim heyətimizdə texnikalı futbolçular var".

Kaue bildirib ki, baş verən dəyişikliklər "Neftçi"nin oyununa təsir göstərir: "Avropa Liqası keçmişdə qalıb. Komandamız tamamilə yenilənib. Gənc futbolçular, yeni məşqçi, rəhbərlik, hətta həkimimiz də dəyişib. Bu cür dəyişikliklər isə komandaya təsirsiz ötüşmür".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR