ANS TV-nin məlumatına görə, Teylor Sviftin Sietl şəhərində baş tutan konsertində xoşagəlməz hal yaşanıb. Buna səbəb konsertin keçirildiyi stadionun ikinci mərtəbəsindən 13 yaşlı oğlanın yıxılaraq xəsarət alması olub.
Hadisə Teylor Sviftin səhnəyə çıxmasından öncə baş verib. Hazırda yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir. Baş vermiş hadisəyə isə nə ifaçı, nə də ki, təşkilatçılar tərəfindən hər hansı bir reaksiya verilməyib.