“DəmirBank”ın Şəki filialı yeni dizaynda istifadəyə verilib

“DəmirBank”ın Şəki filialı yeni dizaynda istifadəyə verilib
17:22 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 17:16 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” Şəki filialının yeni modern dizaynda təmir olunmuş ofis binasının açılış mərasimini keçirib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimində Şəki şəhər icra hakimiyyəti başçısı, bank rəhbərliyi, filial müdirləri və digər məsul şəxslər iştirak ediblər.

 

Tədbirdə çıxış edən “DəmirBank”ın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib ki, bu gün “DəmirBank” dinamik inkişafı ilə ölkənin aparıcı banklarından birinə çevrilib. ““DəmirBank” fəaliyyət göstərdiyi illər ərzində regionların sosial-iqtisadi inkişafına təkan verən layihələr həyata keçirməklə, mikro, kiçik, orta və iri sahibkarlığa dəstək olaraq ölkə üçün önəmli olan qeyri-neft sektorunun inkişafında yaxından iştirak edir”, - deyə R. Əmircanov bildirib.

 

Qeyd edək ki, S.Rəhman küçəsi, 6a ünvanında yerləşən Şəki filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

 

Hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü Bakıda, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR