Bakı, 11 avqust, AZƏRTAC
“NİKOYL” bankda “NİKOYL| Səyahət” əmanət aksiyası çərçivəsində iyulun yekunlarına görə ikinci lotereya tirajı keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, növbəti beş əmanətçi 1000 manat dəyərində, bu ilin sonunadək etibarlı olan səyahət kuponu əldə edib. Növbəti lotereya tirajı sentyabrın 10-da keçiriləcək və əmanətçilər yenidən 5 ədəd səyahət kuponu əldə etmək imkanı qazanacaqlar.
Aksiyada 2 iyun – 31 avqust tarixləri arasında əmanət yerləşdirən və aksiya müddəti ərzində bankda olan əmanətinin müddətini uzadan bütün əmanətçilər iştirak edə bilərlər. Müştərilər əmanətlərini 16 faizədək illik faiz dərəcəsi ilə, 1000 AZN/USD/EUR-dan az olmayaraq, 3 aydan 60 ayadək müddətə yerləşdirə bilərlər. Müştərilər hər biri 1000 manat dəyərində olan son 5 səyahət kuponu oynanılan lotereyada iştirak hüququ qazanacaqlar.
Lotereyada bankın mövcud əmanətçiləri iştirak etmək hüququ əldə edir. Bunun üçün aksiya müddəti ərzində bankda olan mövcud əmanətin müddətini 50 faizədək artırmaq tələb olunur.