Bakı, 26 yanvar, AzərTAc
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən elmi-metodiki seminarda riyaziyyat fənni üzrə III və IV ixtisas qruplarına dair yeni test tapşırığı nümunələri müzakirə olunub.
TQDK-dan AzərTAc-a bildiriblər ki, müzakirəsi aparılan 15 test tapşırığı nümunəsi mövzu, çətinlik dərəcəsinə görə təhlil edilib.
Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.
Yanvarın 30-da abituriyentlər üçün çətinlik törədən mövzuların araşdırılması aparılacaq.