Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd qəbulu başlanıb

Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd qəbulu başlanıb
18:03 26 Yanvar 2015
177 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi Rusiya Federasiyasının büdcəsi hesabına 2015/2016-cı tədris ilində bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq üçün sənədlərin qəbuluna başladığını elan edib.
AzərTAc xəbər verir ki, sənədlərin qəbulu və abituriyentlərlə müsahibə yanvarın 26-dan fevralın 20-dək adi iş günlərində (bazar ertəsindən cümə gününədək) saat 11:00-13:00 və 15:00-17:00 arasında Bakı şəhəri, Xocalı prospekti 20 (1178-ci kvartal) ünvanında yerləşən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (metronun “Xətai” stansiyası) aparılacaq.
Qəbul şərtləri barədə ətraflı məlumatı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin http://aze.rs.gov.ru saytından öyrənmək olar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR