Bakı, 26 yanvar, AzərTAc
Türkiyədə təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” futbol komandası sonuncu yoxlama oyununda Ukraynanın “Volın” kollektivini 2:0 hesabı ilə məğlub edib.
AzərTAc xəbər verir ki, baş məşqçi Georgi Çixradzenin yetirmələrindən Rəşad Eyyubov və Nicat Muxtarov fərqləniblər.
“Volın” bir neçə gün əvvəl “Neftçi” komandası ilə qarşılaşmışdı və həmin oyundan 3:4 hesablı məğlubiyyətlə ayrılıb.
“Simurq” bundan əvvəlki yoxlama oyunlarını Qazaxıstanın “Şaxtyor” (3:1), “İrtış” (0:3), Almaniyanın “Duysburq” (1:4) və Rumıniyanın “Astra” (0:0) komandalarına ilə keçirib.