Xarici tələbə qızı zorladılar, sonra isə ... (FOTO)

Xarici tələbə qızı zorladılar, sonra isə ... (FOTO)
19:21 26 Yanvar 2015
496 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulda polşalı tələbə qıza təcavüz ediblər.

ANS PRESS-in məlumatına görə, tələbənin içkisinə dərman qatıblar. Huşunu itirən qız ayılanda təcavüzə uğradığını anlayıb.

Məlumata görə, "tələbə mübadiləsi" proqramı çərçivəsində Türkiyəyə gələn qız internetdə kirayə ev axtardığı haqqında elan verib. Bundan sonra qız bir türk oğlanın evini kirayə götürüb. Qız həmin evə köçəndə evin sahibi və dostu əşyalarını daşımaq üçün qıza kömək ediblər.

Bundan sonra oğlanlar əylənməyə gedəcəklərini deyərək qızı da dəvət ediblər. Polşalı tələbə də razılaşıb və onlar oğlanın dostunun evinə gediblər. Orada spirtli içki qəbul ediblər. Yuxuya gedən gənc qız oyananda təcavüzə uğradığını başa düşüb və polisə şikayət edib.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR