AŞ Nazirlər Komitəsinin sədri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı söz verdi

AŞ Nazirlər Komitəsinin sədri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı söz verdi
20:42 26 Yanvar 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günündə hazırda Avropa Şurası Nazirlər Komitəsində (AŞNK) sədrlik edən Belçikanın Avropa və xarici işlər naziri Didye Reynders çıxış edərək, sədrlik etdiyi qurumun fəaliyyətinə dair Assambleya üzvləri qarşısında hesabat verib.

APA xəbər verir ki, belçikalı nazir Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun “Sədrliyiniz zamanı səlahiyyətlərinizdən istifadə edib ermənilərin işğal etdiyi Dağlıq Qarabağda qanunsuz olaraq həbs və mühakimə olunmuş iki azərbaycanlının – azadlıqdan ömürlük məhrum olunmuş Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan mərhum edilmiş Şahbaz Quliyevin azad edilmələrinə nə dərəcədə yardım edə bilərsiniz? Onlar ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazisində girov götürülüblər və separatçı rejim tərəfindən qeyri-qanuni şəkildə saxlanmaqdadırlar” sualına cavab olaraq Nazirlər Komitəsinə hələlik bu məsələ ilə bağlı hər hansı müraciətin daxil olmadığını bildirib.

Bununla belə, o, bu ilin aprelində Ermənistana səfəri çərçivəsində bu məsələni Ermənistanın hakimiyyət dairələrinə çatdıracağını qeyd edib: “Bu iki şəxs haqqında heç bir məlumatım yoxdur. Amma sizi əmin edirəm ki, Ermənistana gedəcəyim səfərdən öncə bu məsələni araşdıracaq və onlara çatdıracağam”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR