Barak Obamanı qorxudan adam

Barak Obamanı qorxudan adam
01:31 27 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

Ağ Ev üzərində vurulan pilotsuz helikopteri idarə edən şəxs tutulub.

ANS PRESS-in məlumatına görə, adı açıqlanmayan şəxsin dövlət qulluqçusu olduğu bildirilir.

Qeyd edilir ki, dövlət qulluqçusu ABŞ prezidenti Barak Obamanın administrasiyasında işləmir. Pilotsuz helikopterinin sahibinin sözlərinə görə, o, qəfildən aparata idarə etməni itirib və aparat Ağ Evin üzərində uçmağa başlayıb.

Qeyd edək ki, yanvarın 26-da ABŞ prezidentinin iqamətgahı Ağ Evdə həyəcan yaşanıb. Səhər saatlarında Ağ Ev üzərində uçan robot helikopter ABŞ kəşfiyyatı tərəfindən vurulub.

ABŞ kəşfiyyatı Ağ Ev üzərində uçurulan robot helikopterin sarayın cənub-şərqində yerləşən bağçaya düşdüyünü açıqlayıb.

Açıqlamada deyilir ki, hadisə sonrası Ağ Evin təhlükəsizlik səbəbiylə bir müddət ziyarətləri məhdudlaşdırılıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR