Ölkə qar altında qaldı (FOTO)

Ölkə qar altında qaldı (FOTO)
05:16 27 Yanvar 2015
234 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) 4 ştatında hava şəraitinin kəskin dəyişməsi çətinliklər yaradıb.

ANS PRESS-in məlumatına görə, Amerika Milli Meteorologiya İdarəsinin ölkənin şimal-şərqində “taxin ən böyük qar fırtınası gözlənilir” xəbərdarlığı doğru çıxıb.

Ölkənin şərqində yerləşən Nyu-York, Nyu-Cersi, Rodi İzlənd və Massaçusets ştatlarında güclü qar fırtınası səbəbilə fövqəladə vəziyyət elan edilib.

Massaşusets ştatı qubernatoru Çarli Beyk artıq 500 milli mühafizə qvardiyası əsgərinin fırtınaya müdaxilə üçün hazır olduğunu bildirib.

Ölkədə yaranan soyuq hava şəraiti və qar yağıntıları uçuşlara da təsir göstərib. Belə ki, 3 minə yaxın xarici və daxili uçuşlar ləğv edilib.

Meteoroloji stansiyanın nümayəndələri bildirir ki, Nyu-Yorkda qar qalınlığı 45-60 santimetr arasında dəyişir. Lonq İzlənd və Konnektisutun bəzi yerlərində isə hətta 90 santimetrə çatır.

Bəzi şəhərlərdə məktəblər və rəsmi idarələr tətil elan edib.









Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR