Peyğəmbərin təhqirinə serialda cavab (VİDEO)

Peyğəmbərin təhqirinə serialda cavab (VİDEO)
07:01 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Fransanın “Charlie Hebdo” nəşrində İslam peyğəmbərinin (S) təhqir olunmasına bütün dünyada etirazlar davam edırkən Türkiyə tele kanallarından birində nümayiş olunan serialda da bu məsələyə münasibət nümayiş olunub. ANS PRESS-in məlumatına görə, serialın əsas obrazlarından biri olan Ziya xoca moizəsində fransız nəşrinin çirkin addımını peyğəmbərin başına gəlmiş bir hadisəni danışaraq cavablayıb.

“Əbu Cəhil bir gün həzrəti peyğəmbərə (S) dedi ki, Haşimoğulları sülaləsində səndən daha çirkin adam olmayıb. Rəsulullah (S) dedi ki, düz deyirsən. Bir az sonra həzrəti Əbu Bəkr (RA) həzrəti peyğəmbərin (S) yanına gələrək, “Üzün günəş kimi parıldayır. Yerüzündə səndən daha gözəl, daha parlaq bir üz görmədim ya Rəsulalla!” – dedi. Peyğəmbər (S) ona da düz deyirsən – deyə cavab verdi. Məclisdə olanlar, ya Rəsulallah, iki zid söz deyənlərə eyni cavabı verdin – deyirlər. Peyğəmbər (S) isə, mən Allahın cilaladığı güzgü kimiyəm. Mənə baxan, özünü görür – deyə cavab verib”.

Ziya xoca moizəsinə davam edərək, peyğəmbərə çirkin söz deyənin öz çirkinliyini nümayiş etdirdiyini bildirib:

“İndi möhtərəm camaat, kim peyğəmbərimizə (S) çirkin söz deyər, hörmətsizlik edərsə bu, o insanın öz çirkinliyini göstərməsi deməkdir. Kim də gözəl bir söz deyərsə bu da onun öz gözəlliyidir. Bizim vəzifəmiz çirkin görənə gözəl baxmağı tövsiyyə etməkdir. Baxmamaqda inad edənlərdən isə üz çevirərək onu öz halında qoymaqdır”.


Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR