Sərdar Ortac evdar olub

10:27 27 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

"Mən artıq evdar kişi olmuşam"
Türkiyəli məşhur müğənni Sərdar Ortaç maraqlı açıqlama verib.

Anspress-in məlumatına görə, sevilən türk müğənni Sərdar Ortaç həyat yoldaşı Xlo Loqanın yarış proqramlarından birində münsif olmasından sonra ev işlərini özünün gördüyünü bildirib.

“Mən artıq evdar kişi olmuşam. Yeməkləri köməkçilərim hazırlayırlar. Mətbəxdə o qədər də bacarıqlı olmadığım üçün sadəcə yeməyi isidərək süfrəyə qoymağı bacarıram. Neyləməli, həyat müştərəkdir”, - deyə S.Ordaç sözlərinə əlavə edib.

O, həyat yoldaşının münsif heyətində əyləşməsini xoş qarşıladığını və buna görə qürur hissi keçirdiyini də gizlətməyib.

Türkiyə mətbuatı isə müğənninin artıq evdə oturduğunu, xanımının pul qazanıb gətirdiyini yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR