Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur.

Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 43 min 479 ton lak-boya məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,4 % çoxdur.