Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
Metbuat.az-ın xəbərinə görə, "Astana" APOEL-i qəbul edib. Çox keçmədən hesab açılıb. Colçiev 14-cü dəqiqədə Qazaxıstan klubunu önə çıxarıb. Ancaq komandalar nə qədər çalışsalar da, görüşdə başqa qol olmayıb. "Astana"ya Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün səfərdə qazanılmış heç-heçə sərf edəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
"Astana" - APOEL - 1:0
Qol: Colçiev, 14
Oyunun videoicmalını təqdim edirik.