Yeni Mercedes-Maybach S-Class modelinin Avropada ilk rəsmi təqdimatı məhz Bakıda baş tutdu (FOTO)

Yeni Mercedes-Maybach S-Class modelinin Avropada ilk rəsmi təqdimatı məhz Bakıda baş tutdu (FOTO)
12:13 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

23 Yanvar tarixində Mercedes-Benz brendinin yeganə rəsmi dilerliyi “AutoStar Kaukasus”-da avtomobil ilinin ən əhəmiyyət kəsb edən hadisələrindən biri – yeni Mercedes-Maybach S-Class modelinin təqdimatı keçirildi.

Mercedes-Benz-in Azərbaycanda baş distribütoru “Avtokapital Azərbaycan” və minik avtomobilləri üzrə yeganə rəsmi dileri “AutoStar Kaukasus” Şirkətləri eksklüziv Mercedes-Maybach S600 modelinin təqdim olunduğu təmtəraqlı bir gecənin təşkilatçısı olmuşdurlar.
Bütün model sırasının zirvəsini layiqincə təmsil edən avtomobil - Mercedes-Benz, bu möhtəşəm ziyafətdə, avtomobil dəbdəbəsində, hətta ən təcrübəli tamaşaçı üçün, diqqət və hədsiz maraq mərkəzinə çevrilmişdir.

“AutoStar Kaukasus” Şirkətinin satış direktoru Ziya Mahmudov tədbir zamanı çıxışında qeyd edib: “Yeni Mercedes-Maybach S alman istehsalçılarının fəxridir və özündə lüks avtomobillərin ən yaxşı keyfiyyətlərini birləşdirir”. Ziya Mahmudov modelin yaranması və üstünlükləri haqqında ətraflı məlumat verib.

Təşkilatçılar yeni avtomobilin layiqincə qiymətləndirilməsi üçün bütün lazımi atmosferi yarada bilmişdilər. Təklif olunan nəfis təamlar, Fransız şərabları və canlı musiqi isə gecəni daha da təmtəraqlı edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR