Azərbaycanı Tailandda təmsil edəcək (FOTO)

Azərbaycanı Tailandda təmsil edəcək (FOTO)
05:51 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı model beynəlxalq müsabiqədə iştirak etmək üçün Tailanda yollanacaq.

ANS PRESS-in məlumatına görə, fevralın 26-da Tailandda “Mister Global 2014” beynəlxalq model müsabiqəsinin dünya finalı start götürəcək.

"Mister Global 2014”ə qatılan 20 yaşlı modelimiz Elçin Osmanov fevral ayının sonunda, ölkəmizi təmsil etmək üçün Tailanda yola düşəcək. Yarışmaya hazırlıq tam sürətlə davam edir. “Mister Global 2014” müsabiqəsində dünyanın 100-ə yaxın ölkəsindən oğlanlar iştirak edəcək", deyə tanınmış təşkilatçı Aqil Məmiyev ANS PRESS-ə açıqlamasında bildirib.

Qeyd edək ki, müsabiqə 1995-ci ildən ildən bəri hər il dünyanın nüfuzlu ölkələrində keçrilir. Yarışmanın beynəlxalq direktoru “World Beauty Congrens”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR