Buxarest, 20 avqust, AZƏRTAC
Makedoniya hökuməti Avropaya üz tutmuş çoxlu sayda emiqrantların ölkə sərhədlərini qeyri-qanuni keçməsi ilə əlaqədar sərhədlərin şimal və cənub istiqamətində fövqəladə vəziyyət elan edib. Makedoniya daxili işlər naziri İvo Kotevski bildirib ki, fövqəladə vəziyyət barədə qərar qaçqınların axının qarşısını almaq, Gevgelija və Kumanovo regionlarında sərhədlərin daha səmərəli qorumaq, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub.
Qeyd edək ki, son aylarda 44 min qaçqın Makedoniya ərazisini keçərək Qərbi Avropa ölkələrinə üz tutub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest