İŞİD 3 istiqamətdən hücuma keçdi

İŞİD 3 istiqamətdən hücuma keçdi
13:31 27 Yanvar 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçuları bu gün səhərdən yenidən fəallaşıblar. ANS PRESS-in haberler.com-a istinadla verdiyi məlumata görə, terrorçular bu səhər erkən saatlarda Mosulun Şengal rayonuna 3 istiqamətdən hücuma keçiblər.

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə yaxınlığı ilə bilinən "Rûdaw" xəbər agenliyinin müxbiri saat 05:45-da İŞİD-çıların peşmərgəyə hücum təşkil etdiyini və sərt şəkildə cavab aldıqlarını yazıb.

Ağır texnikadan da istifadə edilən hücumlar zamanı İŞİD üzvləri irəliləyiş əldə edə bilməyiblər.

"Rûdaw"a açıqlama verən peşmərgə güclərinin Şengal cəbhəsinin komandiri Behram Arif ən az 36 terrorçunun öldürüldüyünü deyib Onun sözlərinə görə, onların arasında Əbu Ömər kimi tanınan təşkilat liderlərindən biri də var.

Beynəlxalq koalisiya qüvvələrinin qırıcıları da saat 06:45, 07:05 və 07:30-da İŞİD hədəflərini vurub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR