Ukrayna Krımı özündən ayırır

Ukrayna Krımı özündən ayırır
07:41 27 Dekabr 2014
133 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna ilə Krım arasında dəmiryol nəqliyyatı dayandırılıb. Rəsmilər təhlükəsizlik məsələləri ilə əlaqədar belə bir addım atdıqlarını bildiriblər. Ötən gündən başlayaq Ukrayna qatarları Novoalekseyevka və Xerson şəhərlərinə qədər hərəkət edib. Sevastopol və Simferepol relsləri isə təxirə salınıb. Ukrzalizniça dəmiryol nəqliyyatı rəhbərliyi bu barədə açıqlama verib. Lakin problemin təfərrüatlarına dair heç bir məlumat verilmir.

Kiyev, eyni zamanda, yarımadaya avtomobil nəqliyyatını da dayandıracağını deyib.

Dekabrın 24-ündən başlayaraq Krımda elektrik enerjisi də məhdudiyyətlərlə verilir. Krımlıların nəğd pulları da tükənmək üzərədir. Bir qədər əvvəl beynəlxalq ödəniş sistemləri MasterCard və Viza kartları yarımadada Rusiya bankları ilə əməliyyatlara son qoyduğunu bildirimişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR