Eldəniz Quliyev: “Milli Şuranın Müsavat Partiyası ilə koalisiya yaradıb seçkiyə getməsi mümkün deyil”

15:07 27 Yanvar 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 15:00 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. “Milli Şuranın parlament seçkilərində Müsavat Partiyası ilə birgə iştirakı mümkün deyil”.

 

Bunu APA-ya açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyib.

 

E. Quliyev bunu Müsavat Partiyasının Milli Şuradan uzaqlaşması ilə əsaslandırıb: “Özü də Müsavat Partiyası Milli Şuradan səliqə-sahmanla uzaqlaşmadı, az qala Milli Şuranı dağılmaq təhlükəsi ilə üz-üzə qoydu. Ona görə də Milli Şuranın Müsavat Partiyası ilə koalisiya yaradıb seçkiyə getməsi real deyil”.

 

E. Quliyev parlament seçkilərində KXCP ilə əməkdaşlığı da mümkün saymayıb: “KXCP-nin bəzi üzvləri hazırda da Milli Şurada təmsil olunur. Sadəcə, hesab edirəm ki, şəxsən hörmətlə yanaşdığım Mirmahmud Mirəlioğlu tamam başqa fikirdədir. Son 6-7 ayda Milli Şuranın Koordinasiya Mərkəzinin iclaslarına da qatılmadı, açıqlamalar verdi ki, Milli Şuranın missiyası bitib. Ona görə də inanmıram ki, Milli Şura ilə KXCP arasında da dərin əməkdaşlıq olsun”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR