Xarici ölkələrdəki fəal gənclərimizin görüşü keçirilib

Xarici ölkələrdəki fəal gənclərimizin görüşü keçirilib
20:18 24 Avqust 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 avqust, AZƏRTAC
Diaspor Jurnalistləri Birliyinin (DJB) və Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansının təşkilatçılığı ilə xarici ölkələrdəki gənclərimizin Bakıda görüşü keçirilib.
DJB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın inzibati binasında keçirilən tədbirdə xaricdə yaşayan və təhsil alan gənclər, QHT və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ötən həftə Şimali Kiprdə yol-nəqliyyat qəzasında dünyasını dəyişən azərbaycanlı tələbənin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə tədbiri açaraq xaricdəki gənclərimizin artıq yeni gücə çevrildiyini qeyd edərək onların Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsinin və gənclərin düzgün istiqamətləndirilməsinin zəruriliyini bildirib.
Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rəvanə Əliyeva xaricdə təhsil alan tələbələrlə, onların ailələri ilə mütəmadi görüşlərin keçirildiyini diqqətə çatdırıb.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu xaricdəki gənclərimizin vahid şəbəkədə çıxış etmələrinin vacibliyini vurğulayıb.
Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyev xaricdəki gənclərin lobbiçilik işinə cəlb olunmasının əhəmiyyətini diqqətə çatdıraraq deyib ki, məqsəd beynəlxalq əlaqələrdən də istifadə edərək ölkəmizi daha geniş miqyasda tanıtmaq, dünyanın aparıcı elmi və siyasi mərkəzləri ilə əməkdaşlıq qurmaqdır. O, bu işdə xaricdəki savadlı və intellektual gənclərin bilik və bacarıqlarından maksimum yararlanılmasının əhəmiyyətini qeyd edib.
Digər çıxışlarda da ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə daha səmərəli şəkildə qorunmasında gənclərin üzərinə düşən vəzifələrdən danışılıb, bu baxımdan onların vahid mövqedən çıxış etmələrinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə gənclər həyata keçirəcəkləri layihələrlə bağlı müzakirələr aparıblar.
“Dəyirmi masa”da səsləndirilən təkliflər aidiyyəti dövlət qurumlarına və qeyri-hökumət təşkilatlarına göndəriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xarici_olkelerdeki_feal_genclerimizin_gorusu_kechirilib-879584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR