Play Store

Şərqi Timor - Aktiv günəşin ölkəsi

16:09 27 Yanvar 2015
514 Sosial
Ölkə mətbuatı
A- A+

Şərqi Timor nabələd insan üçün eyni vaxtda ekzotika və qeyri-stabil ölkəyə səfərin verdiyi adrenalinin birləşməsidir. Ölkə cənub-şərqi Asiyada, Timor adasında yerləşib və bütünlüklə tropik meşələrlə örtülüb. Burada olanda anladım ki, qeyri-stabilliklə bağlı olan nə varsa hamısı ölkənin tarixi ilə əlaqəlidir. Şərqi Timor Portuqaliyanın müstəmləkəsi olub və 1974-cü ildə müstəqilliyini elan edib. Amma cəmi 9 gündən sonra ölkəni qonşu İndoneziya tutub. Yalnız 2002-ci ildə ölkəyə BMT sülhməramlıları yeridiləndən sonra toqquşmalara son qoyulub. Şərqi Timor balaca və kasıb ölkədir. Adanı əhatə edən Sakit okean buranı çimərlik və dayvinq həvəskarları üçün cənnətə çevirir. Lakin yerli sakinlər məni dərhal xəbərdar etdilər ki, sahilin yalnız xüsusi nəzərdə tutulan yerlərində çimmək olar. Buna səbəb isə mütəmadi olaraq peyda olan hündür dalğalardırBu adada dayvinq isə çox yadda qalan hadisədir. Suyun altında asanlıqla delfinləri və hətta balinaları müşahidə etmək olar. Və bir vacib məqam. Şərqi Timorda günəşin aktivliyi çox böyükdür. Asanlıqla gün vurmaya məruz qala və ya yana bilərsiz. Ölkədə malyariya geniş yayılıb və bu da əlavə təhlükə mənbəyidir.

İndoneziya
Baş ovçularının vətəni

İndoneziya dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Dövlət öz demokratik quruluşu ilə seçilir. Ölkənin paytaxtı – Karakas öz şən və mehriban atmosferi ilə fərqlənir. Ölkənin müxtəlifliyi bura müxtəlif yerlərdən olan səyahətçiləri cəlb edir. Bura narın qumlu çimərliklərdə istirahət, tarixi turlarda iştirak və nadir heyvanları müşahidə etmək üşün gəlirlər. İndoneziyaya ilk səfər edənləri adətən daha çox Bali adası maraqlandırır. Bu adada çoxlu sayda cadugər var ki, onlar cəmi bir neçə dollara sizə taleyiniz barədə proqnoz verə bilərlər. Ölkədə ictimai yerdə siqaret çəkilməsi qadağandır və buna görə 6 ay həbs cəzası verilə və ya 6000 dollar cərimə kəsilə bilər. Məni təkcə Bali deyil, ölkənin digər rayonları da maraqlandırırdı. Qeyd edim ki, Filippində əsas nəqliyyat vasitəsi təyyarədir. Çünki ölkə çoxsaylı adalarda yerləşir. Bir adadan digərinə səyahət edərkən diqqətimi toraca xalqının dəfn mərasimləri cəlb etdi. Bu xalqda dəfn mərasimləri 12 gün davam edən qonaqlıq, rəqslər və şənliklərlə müşayət olunur. Səyahət zamanı Sumatra adasından yan keçməyin. Bu dünyanın böyüklüyünə görə 5-ci adasıdır. Burada qara qumlu sahil zolağı yüzlərlə kilometr uzanır, dağlarda isə onlarla billur kimi şəffaf göllər və qədim məbədlərin dağıntıları yerləşir. Sumatra müasir sivilizasiyanın və təbiətin simbiozudursa, Borneo adasında olarkən mən özümü zaman qoruğundakı kimi hiss etdim. Buranın sakinləri məşhur “kəllə ovçuları ” – dayaklar hələ də daş əsrin qayda-qanununa uyğun yaşayırlar. Komod adasında isə mən nadir heyvanları, o cümlədən məşhur Komod varanını müşahidə etdim. Bu varan dünyanın ən böyük suda-quruda yaşayanı hesab edilir.

Filippin
Adalarda cənnət

Filippin digər ada dövlətdir. Ölkə yeddi mindən çox adada yerləşib. Burada hər şey var – təbiətin qoynunda tənhalıq və aktiv gecə həyatı, gözəl iqlim, maraqlı flora və fauna, çimərliklər və dayvinq. Filippində hökmən paytaxt Manilaya baş çəkin. Bu 18 şəhəri birləşdirən meqapolisdir. Burada ölkənin əsas tarixi abidələri və muzeyləri yerləşir. Paytaxtdan cəmi 250 metr kənarda isə kurortlar başlayır. Mən ölkənin yay paytaxtı sayılan Baqio dağ kurortunda oldum. Burada alpinizmlə məşğuldurlar, kanoe ilə səyahət edirlər. Filippində olarkən mən bu ölkəyə gələn turistin getməli olduğu yerlərin və görməli olduğu işlərin qısa siyahısını tutdum. Beləliklə Filippinə birinci dəfə gələn səyyah hökmən balaca kəndlərdə xoruz döyüşlərinə baxmalıdır. Bu özünəməxsus idmandır və hər kəndin öz qəhrəmanları var. Və təbii ki, hər turist Palavan adasına gedərək buradakı yeraltı çayda üzməlidir. Bu çay dünyanın ən görməli yerləri siyahısına daxildir. Və nəhayət Filippində özünüzü massaj ustalarının ixtiyarına verin. Bu sözlə ifadəsi çətin olan bir həzzdir. Və sonda çətinliklər barədə – Filippində tez-tez zəlzələlər, qasırğalar, daşqınlar və bunun kimi kataklizmlərə rast gəlinir. Amma narahat olmayın. Bu kataklizmlər ölkənin az bir hissəsində baş verir, qasırğaların çoxunun isə sadəcə qorxulu adı var.

 

Tayvan
Sakit okeanda “Gözəl” ada

Tayvan portuqaliyalıların XVI əsrdə kəşf etdiyi və portuqal dilində “gözəl” mənasını verən “Formoza” adlandırdıqları adada yerləşir. Bu gün Tayvan regionun işgüzar mərkəzlərindən biridir. Mənim fikrimcə adanın mərkəzi Taypey şəhəri Asiyanın ən bahalı şəhərlərindən biridir. Tayvanda və paytaxtda yapon və çin mədəniyyəti bir-birinə qarışıb. Taypeydə qədim artefaktları saxlandığı çoxlu muzey və məbədlər var. Taypeydə olan istənilən xarici hökmən Çin mədəniyyətinə aid 720 min ədəd eksponatın saxlandığı milli saray muzeyini baş çəkməlidir. Bu çin mədəniyyətinə aid ən böyük kolleksiya sayılır. Tayvanda dünyanın ən hündür binalarından biri inşa edilib. “Taybey 101” göydələninin hündürlüyü 508 metr təşkil edir. Mən Taybeyin yaxınlığında yerləşən Vulay kəndində oldum. Kəndin özəlliyi ondadır ki, burada yalnız yerli rəqslərə baxmaq deyil, həm də onların iştirakçılarına çevrilmək olar. Adada milli parklar sistemi yaradılıb. Cəmi 6 park mövcuddur. Mən Yamin milli parkında oldum. Bura çox gözəl flora və faunası ilə seçilir. Ümumiyyətlə dağ landşaftı, çox təmiz su, koral qayaları Tayvan sahillərini bir böyük kurort zonasına çevirir.

İslandiya
Qeyzerlər ölkəsi

İslandiya qeyzerlər və buzlar ölkəsidir. Qeyzer sözünün özü islandiya mənşəlidir, “vuran axın” mənasını verir. Qeyzerlərdən burda hər yerdəistifadə edilir: evləri, meyvələrin, tərəvəzin yetişdirildiyi istixanaları, hətta şəhərdaxili və şəhərlərarası yolları qızdırırlar. Bu ölkədə istehsal edilən elektrikin maya dəyəri çox aşağıdır, demək olar su qiymətinə. Amma əhaliyə baha satılır. Enerji satışından əldə edilən gəlir ölkə büdcəsinin əsas bəndlərindənbirini təşkil edir.

İslandiya çox soyuq ölkədir. Rəvayətlərə görə, ilk olaraq bu adada Floki adlı vikinq məskunlaşmağa çalışıb. Amma sərt iqlim onu cəmi bir ildən sonra adadan getməyə məcbur edib. Həmin vaxtdan vikinqlər bu adanı İceland – buzlar ölkəsi adlandırıblar. Amma mənə elə gəlir, İslandiyanın təbiəti hər kəsi valeh edə bilər. Mən şəlalələrin çoxluğuna, fyordların gözəlliyinə, vulkanların və qeyzerlərin möhtəşəmliyinə heyran oldum. Amma ərazini lava örtdüyü üçün meşələri azdır. Məni maraqlandıran həm də o oldu ki, bu gözəlliklər arasında ev heyvanları nəzarətsiz olaraq dolaşırlar. Sonradan yerli sakinlər bunun səbəbini mənə izah etdilər. Adada yırtıcı heyvan yoxdur, buna görə də, fermerlər öz heyvanlarına fərqləndirmə nişanları asaraq açıb buraxırlar dağlara və hər kəs öz heyvanını yalnız lazım olanda gedib tapır. Yəni heyvanlar evə qayıtmasa da olar.

Əksər sakinlər öz ölkələrinin təbiətinə uyğundurlar. Onlar sakit və ziyalı təsiri bağışlayırlar. Amma onu dademək lazımdır ki, ölkədə az adam yaşayır. Hökumət qohum nigahlarının qarşısını almaq üçün islandla ailə qurmuş şəxslərə vətəndaşlıq verilməsi mexanizmini sadələşdirib.

Digər Skandinaviya ölkələrində olduğu kimi burada da spirtli içkilər çox bahadır. Ümumiyyətlə İslandiya bahalı ölkələr sırasına aid edilir. Eyni zamanda bu ölkə dünyanın ekoloji baxımdan ən təmiz ərazilərindəndir. Buranın suyu çox təmizdir. Burada, əla balıq tutulur, balinaları da müşahidə etmək olur.

Eskimosların vətəni

Qrenlandiya Yerin ən böyük adasıdır. O qütb dairəsindən şimalda yerləşir və bu amil yerli sakinlərin həyatında demək olar, hər şeyi həll edir. Təsəvvür edin, maydan шyula qədər Qrenlandiyada qütb gündüzü olur, payız və uzun qışda isə şimal parıltısı hökm sürür. Qışda havanın hərarəti Selsi cədvəli üzrə mənfi 65 dərəcəni də keçir. Ölkəyə getmək üçün ən yaxşı vaxt may-iyul ayları sayılır. Amma qış ouunlarının həvəskarları üçün ideal vaxt aprel hesab edilir.

Adanın bütün ərazisi buzlarla örtülüb. Amma buz qatının altında adi daşlı torpaqdır. Alimlərin fikrincə, Qrenlandiya mineral sərvətlərlə zəngindir, amma bu gün yerli sakinlər əsasən dəniz məhsullarının hesabına yaşayırlar. Mən burada dəniz məhsullarından hazırlanmış bir çox yeməklərin dadına baxdım. Təbii ki, onların arasında suiti və balina əti də varidi. Milli Qrenland xörəyi – düyü və soğanla birlikdə süfrəyə qoyulan qaynadılmış suiti ətidir. Şəxsi qənaətimə görə suiti əti dadlı olsa da çox bahalıdır. Balina əti isə qırmızı rəngdədir və dadsızdır. Amma bu, yerli sakinlərin, eskimosların adi rasionuna daxildir.

Eskimoslar bütün dünyaya öz it qoşquları ilə məşhurdurlar. Mən yerli sakinlərin məsləhəti ilə qırmızı rəngli tünd spirtli içki alıb onlara qonaq getdim.

Eskimoslara hər yerdə rast gəlmək olar. Onlar bir yerdə, qəbilə formasında, eləcə də avropalılar arasında yaşayırlar. Əksər eskimosların adı artıq Avropasayağıdır. Eskimoslar it saxlayırlar, balıqçılıqla məşğuldurlar, tülkü və ağ ayı ovlayırlar. Amma hiss olunur ki, eskimosların sivilizasiyanın verdiyi üstünlüklərə alışma tempi çox yüksəkdir.

Kamerun
Krevatkalar çayı

Afrikaya səyahətim Kamerundan başladı. Avropalılardan bura ilk gələn portuqallar suda çoxlu krevetka olduğunu görür və bununlada ölkəni Kamerun – portuqal dilindən tərcümədə “krevetkalar çayı” adlandırdılar. KamerunAfrikanın futbol baxımından ən inkişaf etmiş ölkələrindən biri sayılır.
Yerli sakinlərlə dil tapmağa ingilis dili biliklərim yardımçı oldu. İngilislə yanaşı onlar fransız dilində də yaxşı danışırlar. Ümumilikdə Kamerun çoxdilli ölkədir.
Zəngin yeraltı sərvətlərinə baxmayaraq, Kamerunda yoxsulluq səviyyəsi gözlədiyimdən daha yüksək oldu.
Bu ölkədə olmaq və Kamerun vulkanını görməmək, Afrikanın füsunkar təbiətinin hədiyyə edə biləcəyi gözəlliklərdən yan keçməkdir. Dja qoruğu, VazaMilli parkı tropic təbiət həvəskarlarının ürəyini həmişəlik fəth edə biləcək yerlərdir. Bir sözlə, Kamerun təbiətinin gözəllikləri hər bir kəsi valeh edəcək.

Turistlər ölkənin Fumban şəhərini çoxsevirlər. Burada mən bir neçə muzeydə oldum. Turistlərə Sultan muzeyi və ölkə krallarının qəsrinə xüsusi diqqət ayırmağı tövsiyə edirlər. Dəniz, isti və günəş həvəskarlarının ünvanı isə Kribi kurortudur. Buradakı yaxşı xidmət, təmiz su və gözəl çimərliklər sizi sevindirməyə bilməz.

Ekvatorial Qvineya
Qədim sivilizasiyaların izi ilə

Getdiyim növbəti ölkə Ekvatorial Qvineya oldu. Bu ölkə barədə məlumatım çox az idi. Eşitdiyim ancaq o idi ki, bu ölkənin paytaxtı qara maqiya və cadu həvəskarlarını maqnit kimi özünə cəlb edir.Onu dabilirəm ki, burada keçirilən festivallar turistlərin diqqətini yerli rəqslərin, mahnıların, ənənələrin qəribəlikləri ilə çəkir.Bu cür özünəməxsus festivallardan birində mən də oldum.Çox maraqlı mənzərə idi.Ümumiyyətlə müxtəlif xalqların ənənələri və həyat tərzi səyahətlərin ən cəlbedici məqamlarından biridir.Ekvatorial Qvineya isə bu baxımdan ümumiyyətlə çox qəribə ölkədir.

Paytaxt Malabo Afrikanın ən qədim qəbilə və ənənələrinin izi buraxdığı bir yerdir.Tarix və arxeologiya həvəskarları ölkənin sabiq paytaxtı İslas Elobinin dağıntılarının olduğu əraziyə baş çəkirlər.Düzdür, xəzinə axtarışlarına vaxtınızçox gedəcək, amma kim bilir, bəlkə də maraqlı nə isə tapa bildiniz.

MÜHARİBƏ VƏ ÇAYLA AYRILANLAR

Dünya xəritəsində Konqo adı ilə iki ölkə var – Konqo Respublikası və Konqo Demokratik Respublikası. Son dövrlərə, Konqo Demokratik Respublikası Zair adlanan vaxta qədər hər şey daha asan idi. İki ölkə uzun müddət müharibə edib və həmin müharibənin izləri hər şeydə qalıb. İki paytaxt Kinşasa (Konqo Demokratik Respublikası) və Brazzavili (Konqo Respublikası) böyük Konqo çayı ayırır. Hər iki ölkə turistlər üçün təhlükəli sayılır.

Konqo Demokratik Respublikası
Cəsurlar üçün sınaq

Konqo Demokratik Respublikasında istirahət sizing yadınızdan heç vaxt çıxmayacaq. Zarafat etmirəm, çünki bu başdan-ayağa ekstrimdir. Bu ölkəyə səfər zamanı vacib olan məqamları qeyd edim – mehmanxana seçimi zamanı diqqət, hərəkət marşrutunun hesablanması. Ölkədə foto və videoçəkiliş qadağandır və çox vaxt ehtiyatsızlıq həm də nəinki burada, hətta bütün Afrikada ciddi problemlərə gətirib çıxarabilər. Bununla bərabər suyu qaynadılmamış içmək, meyvələri xüsusi qayda ilə yumadan yemək təhlükəlidir. Ölkədə xaricilərin istifadə edə biləcəyi ictimai nəqliyyat yoxdur, digər tərəfdən burada daim döyüşlər gedir, ordu və polis hər şeydən şübhələnir, əhali isə communist rejimlərinin idarə etdiyi ölkələrin ənənəsinə uyğun olaraq hamıya casus gözü ilə baxır. Bütün bunlardan qorxmadınızsa, deməlisiz cəsur insansız və Konqo gözəlliklərini ram edə bilərsiz.
Ölkənin təbiətidə başdan-ayağa ekzotikadır: burada Qırmızı kitaba salınmış dağ qorillaları və bonobolar (cır şimpanzelər) yaşayır. Paytaxt Kinşasada bir neçə tarixi abidə var, amma, açığı, onlar məni heç təəcübləndirmədi.

Konqonun ekvatorial meşələrini yaşıl cəhənnəm adlandırırlar. Bu meşələrdə dəhşətli dərəcədə istidir, daim alatorandır, timsahlar, pitonlar və zəhərli ilanlar olur. Burada təhlükəli xəstəliyə tutulmaq təhlükəsi həddindən artıq böyükdür. Bütün xəbərdarlıqlara baxmayaraq, mən riskə getdim və bu meşələrə baş çəkdim.

Konqo Respublikası
Təzadlar ölkəsi

Konqo Respublikası üzərində çoxillik vətəndaş müharibəsinin izlərini daşıyır. Sirr və təzadlar ölkəsidir. Burada İnternetdən fəal istifadə edirlər, eyni zamanda cadugərlərə inam olduqca böyükdür. Heç kimin tanımadığı əyalət şəhərlərində Coca-cola görəndə çox təəccüblənmişdim, amma onun yanında hisə verilmiş meymun əti görəndə dəhşətə gəldim. Konqo Respublikasında dünyanın ən kiçik boylu insanları – piqmeylər yaşayır. Onları böyük çətinliklə ölkənin ucqarlarında yerləşən keçilməz meşələrdə tapmaq mümkündür.

Ölkənin təbiəti çox gözəldir, lakin mütəmadi baş verən hərbi toqquşmalar, əhalinin xaricilərə şübhə ilə yanaşması turizmi çətinləşdirir. Burada müharibədən sonrakı dövrlərə xas ab-hava hökm sürür. Hərbi obyektlərin və polislərin şəklini çəkmək qadağandır. Adi insanlar da fotokamera qarşısında durmağı sevmirlər, hətta fotoqrafı daşa da basa bilərlər.

Konqoda gördüklərimdən ən çox zövq aldığım eyni adlı çaydır. Qonşu Konqo Demokratik Respublikasından və onun paytaxtı Kinşasadan fərqli olaraq burada, paytaxt Brazzavildə, çayın keçdiyi astanalarıda müşahidə etmək olur.Çayın o biri tayı artıq Kinşasadır, Konqo olsa da başqa ölkədir.

Namibiya
Səhranın ölkəsi

Namibiya mənim Afrika ilə bağlı bütün təsəvvürümü dəyişdi. Bu ölkəyə gələnə kimi hesab edirdim ki, Afrika əsrarəngiz təbiəti, milli rəqsləri ilə yanaşı tropik xəstəliklər, qeyri-sabitlik, viza çətinlikləri qitəsidir. Namibiya isə Afrikanın bütün mənfi tərəflərinin üstündən xətt çəkdi. Deyərdim ki, Namibiya əsl Avropadır, sadəcə rəngi fərqlidir.

Ölkə ərazisində dünyanın ən qədim səhrası –Namib yerləşir. Mən bu səhranın parlaq narıncı rəngli qumlarını, dərələrini, daşlaşmış meşələrini, asta-asta qumun altına gedən Kolmanskop şəhərini gördüm.Yerli tarixçilər Namibi bəşəriyyətin beşiyi adlandırırlar. Bura fantastic yerdir. Səhra çox istidir və bura düşən kimi tənhalığını və necə də balaca olduğunu hiss edirsən. Yerli sakinlərin fikrincə, turist burda 1 saatdan çox qala bilməz. Mən səhrada yağışı da gördüm. Qəribə mənzərədir – göyün üzü tərtəmizdir, göydən sanki alov saçılır və qəfil peyda olan buludlardan kiçik bir sahəyə yağış yağır
Amma Namibiya yalnız səhra deyil. Bura həm də sonsuz okean, çimərliklər və dəniz sahilidir. Səhranın dəniz sahilinə keçidi də çox qəribədir. Bir tərəfdən parlaq günəş digər tərəfdən isə okean suyunun buxarlanmasından yaranan duman. Ölkə sakinləri çox mehribandır. Onlar əsl alman dəqiqliyi ilə seçilirlər, ingilis dilini bilirlər, ağ və qaradərili insanlar arasında heç bir gərginlik yoxdur. Namibiya şəhərlərinin küçələri tam təhlüləsizdir.Təsəvvüredin ki, qaranlıq düşəndən sonra mən küçələri tam sərbəst və təhlükəsiz dolaşmışam.Afrika şəhərləri üçün bu xarakterik deyil.Bir sözlə, hesab edirəm ki, Namibiya xidmət və təhlükəsizlik səviyyəsinə görə Almaniyanı xatırladan bir ölkədir.

Qabon
Afrikanın ən varlı dövləti

Qabon Afrikanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən biridir. Ölkədə pul var və bu az qala hər addımda hiss olunur. Bu ölkədə, Manci adasında “Qara qitənin” ən dəbdəbəli kurortları yerləşir. Burada əla çimərliklər, maraqlı kafe və restoranlar, əməlli-başlı gecə həyatı var. Bundan əlavə Qabonda dağ çaylarında qayıq sürmək və ya velosiped turuna çıxmaq mümkündür. Amma bu artıq özünün hansı xəmirdən yoğrulduğunu öyrənmək istəyənlər üçün olan ekstrimdir. Mən isə Qabona gedərkən mütləq Loanqo və İvindo milli parklarına baş çəkməyi qərara aldım. Birincisində hippopotamlar, ikincisində isə fillər və digər heyvanlar yaşayır.

Ölkənin paytaxtı Librevil Afrikanın ən gözəl və sivil şəhərlərindəndir. Fikrimcə, Librevil görünüş baxımından Mayami-Biçi xatırladır. Yerli sakinlərin məsləhəti ilə paytaxtda Mərkəzi Afrikanın ən yaxşı muzeyi olan Mədəniyyət və Ənənələr Muzeyinə baş çəkdim.Təbii ki, burada mənim diqqətimi ilk növbədə Afrika xalqlarının maskaları ekspoziyası cəlb etdi.Mən, demək olar, bütün Afrikanı gəzmişəm və bu muzeydə qitənin əksər xalqlarının maskalarını gördüm.

Qabon mətbəxi, yumşaq desək, fərqlidir. Mənə timsah, meymun və ilan ətindən yeməklər təklif edirdilər. Təkliflərdən imtina etdim və dəniz məhsullarından hazırlanmış təamlardan daddım. Bunlar arasında bütün Afrikaya məşhur olan, balıqdan hazırlanan yassanı xüsusi qeyd etmək istərdim.

Qabonda olarkən nəzərə alın ki, bir çox Afrika dövlətində olduğu kimi, burada da hərbi obyektlərin və bələdiyyə orqanlarının yaxınlığında çəkiliş aparmaq qadağandır.Həmçinin yerli xalqların ənənəvi rəqslərini və tədbirlərini yalnız qəbilə ağsaqqallarının icazəsi ilə aparmaq olar.

Anqola
Kralın ölkəsi

Anqolada əhalinin 70%-ni gənclər, daha dəqiqi 24 yaşa qədər olan insanlar təşkil edir. Amma qəribəsi bundadır ki, bu ölkədə ölüm səviyyəsi çox yüksəkdir. Əhalinin böyük hissəsini katoliklər təşkil edir.

Turistlərin Anqolaya marağı bu əsrin əvvəlində artmağa başlayıb. Ötən yüzillikdə Anqola gəzinti çox təhlükəli ölkə sayılırdı. Yerli sakinlərin mənə dediyinə görə, ölkənin adı yerli dildən tərcümədə “kral” deməkdir. Fikrimcə, bu cür təntənəli ad füsunkar təbiətə malik ölkəyə çox uyğun gəlir. Tropik meşələr, okeanlar, çimərliklər, səhra, müxtəlif növ heyvanlar – antiloplar, fillər, qırmızı öküzlər – bütün bunlar şəhər mühitindən çıxan adamı valeh etməyə bilməz.

Anqolada mən heç bir tarixi abidə görmədim. Halbuki, Anqola həm də xalq sənəti nümunələrinin satıldığı bazarları ilə məşhurdur. Amma bu, mənə ölkənin təbiətinə aşiq olmağa mane olmadı.Yaxşı xidmətə öyrəşmiş turistlər bu ölkəyə tələsmir, amma təmiz hava, insan əlinin toxunmadığı təbiət axtarışında olanlar yolunu birbaşa olaraq“Kralın Ölkəsindən” salır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR