ANS PRESS-in məlumatına görə, Forbes jurnalı dünyada ən varlı Dj-lərin siyahısını açıqlayıb. Siyahıda tanınmış müğənni Teylor Sviftin sevgilisi şotland musiqiçisi Kelvin Haris artıq üç ildir ki, dalbadal siyahıya başçılıq edir.
Kelvin Harris 2013, 2014, 2015-ci illərdə jurnalda birinci yerdə qərarlaşıb. Son 12 ay ərzində Dj 66 miliyon dollar qazanıb.
Jurnalda ikinci yerdə Devid Quetta qərarlaşıb. O, musiqi festivallarında iştrak edərək 35 milyon dollar qazanıb.
Forbes jurnalının nəticələrinə görə, dünyanın top 10 ən zəngin Dj-ləri
1.Kelvin Harris – $66 milyon
2.Devid Qetta – $37 milyon
3.DJ Tiesto – $36 milyon
4.Skrilleks – $24 milyon
5.Stiv Aoki – $24 milyon
6.Aviçi – $19 milyon
7.Kaskade – $18 milyon
8.Martin Garrix – $17 milyon
9.Zedd – $17 milyon
10.Afrodjek – $16 milyon

Teylor Svift və sevgilisi Kelvin Harris