Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Avropanın ən güclülərinin diqqəti knyazlığa yönələcək.
Püşkdə 32 iştirakçı komanda 4 qrupa bölünəcək. Tədbirin qonaqları Danimarka futbolunun əfsanəsi Peter Şmeyxel və isveçrəli model, aktrisa, teleaparıcı Melani Viniqer olacaq.
Qrup mərhələsinin iştirakçılarından 22-si birbaşa, 10-u pley-offdan bura yüksəlib. Bu komandalar püşkatmadan öncə 4 səbətə bölünüb.
1-ci səbətə yarışın son qalibi və UEFA reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları yer alıb. Digər 24 klub öz reytinqinə görə səbətlərə bölünüb.
Eyni ölkə təmsilçiləri qrup mərhələsində görüşə bilməz. Həmçinin Ukrayna və Rusiya eyni klublarının qarşılaşması da mümkün deyil.
Qeyd edək ki, püşkün nəticələri ilə UEFA Gənclər Liqasının çempionlar yolunun qrupları da müəyyənləşəcək.
1-ci səbət
"Barselona" (İspaniya)
"Bavariya" (Almaniya)
"Çelsi" (İngiltərə)
"Benfika" (Portuqaliya)
PSJ (Fransa)
"Yuventus" (İtaliya)
"Zenit" (Rusiya)
PSV (Hollandiya)
2-ci səbət
"Real" (İspaniya)
"Atletiko" (İspaniya)
"Porto" (Portuqaliya)
"Arsenal" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə)
"Valensiya" (İspaniya)
"Bayer" (Almaniya)
"Mançester Siti" (İngiltərə)
3-cü səbət
"Şaxtyor" (Ukrayna)
"Sevilya" (İspaniya)
"Lion" (Fransa)
"Dinamo" (Ukrayna)
"Olimpiakos" (Yunanıstan)
MOİK (Rusiya)
"Qalatasaray" (Türkiyə)
"Roma" (İtaliya)
4-cü səbət
BATE (Belsrus)
"Borussiya" (Mönhenqladbax, Almaniya)
"Volfsburq" (Almaniya)
"Dinamo" (Xorvatiya)
"Makkabi" (Təl-Əviv, İsrail)
"Gent" (Belçika)
"Malmö" (İsveç)
"Astana" (Qazaxıstan)
Milli.Az