Respublika Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub.

Daha dəqiq desək, virtualaz.org-a məlum olub ki, Boks Federasiyasının loqotipində yerləşdirilən xəritədə Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisi olaraq göstərilməyib.

Bunun səbəbi məlum deyil. Məlum olan budur ki, federasiyanın həmin loqotipi Azərbaycan idmançılarının, o cümlədən ölkəmizi xaricdə təmsil edən boksçuların geyimində yerləşdirilib.

Onu da qeyd edək ki, Azərbaycanın xəritəsində bir sıra rayonların məqsədyönlü şəkildə təhrif olunmasını ölkənin ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirmək olar.

Milli.Az

Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoydu - FOTO