“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, bu barədə Qafqaz Universitetində çalışan Emil Civişov məlumat yayıb. O, “Facebook” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı jurnalistlərə çağırış edərək bildirib ki, elektrik maşının tam hazır olması günü çox uzaqda deyil.
“Qurulmasından cəmi 3-4 il sonra Qafqaz Universiteti Mexanika mühəndisliyi bölməsi tələbələri tərəfindən quraşdırılmaqda olan Azərbaycanın ilk elektrik maşını çox yaxında sonlandırılacaq. Hörmətli jurnalistlər, bu cür xəbərləri geniş səkildə təqdim etmənizə ümid edir və gözləyirik. Çünki bu, azərbaycanlı tələbələrin və Azərbaycanın uğurudur!”
SEYMUR