Bakı, 1 sentyabr, AZƏRTAC
"AzeriCard" prosessinq mərkəzi və "Ziraat Bank Azərbaycan" ASC arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müqavilə çərçivəsində "Ziraat Bank Azərbaycan" ASC-yə "AzeriCard" tərəfindən prossesinq xidmətlərinin göstərilməsi planlaşdırılır. Tezliklə tərəflər bankın kart infrastrukturunun yaradılması istiqamətində aktiv işlər görməyə başlayacaqlar.
​Beləliklə, "Ziraat Bank Azərbaycan" ASC ilk altı ay ərzində "AzeriCard" prosessinq sisteminə qoşulan üçüncü bank oldu. "AzeriCard" prosessinq sistemində xidmət olunan bankların sayı 34-ə çatıb.