İsraildən İrana xəbərdarlıq

İsraildən İrana xəbərdarlıq
10:17 28 Yanvar 2015
78 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin təhlükəsizliyini risk qarşısında qoyanlar cavab verəcəklər
İsrailin baş naziri Benyamin Netanyahu növbəti dəfə İrana qarşı xəbərdarlıq edib. Netanyahu yəhudilərin soyqırımı günündə çıxışı zamanı qeyd edib ki, İsrailin təhlükəsizliyini risk qarşısında qoyanlar buna görə cavab verəcəklər.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, nazir bir qədər əvvəl Suriya sərhədlərindən Qolan təpəklərinə edilən raket hücumlarının da arxasında İranın olduğunu deyib.

“Baş nazir kimi mənim vəzifəm ölkəni dağılmaq təhlükəsindən qorumaqdır. İranla əldə oluna biləcək razılaşma bu ölkəyə nüvə silahı əldə etmək imkanı verəcək. Biz buna qarşıyıq. İsrail Suriyadan edilən hücumları da ciddi problem hesab edir. Odla oyun oynayanlar bu odda yanacaqlar”.

Məlumata görə, İsrailin Qolan təpəlikləri Suriyadan atılan iki raketin hədəfinə tuş gəlib. Hücum zamanı bir nəfər yaralanıb. İsrail hərbi qüvvələri bu müdaxiləyə sərt cavab verə biləcəyini açıqlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR