Almaniyadakı Azərbaycan diaspor təşkilatı şəhər meriyası ilə birgə layihələr həyata keçirəcək

Almaniyadakı Azərbaycan diaspor təşkilatı şəhər meriyası ilə birgə layihələr həyata keçirəcək
11:12 28 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 11:06 ]


Bakı - APA. Almaniyanın Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev Tangerhütte şəhərinin meri Brohm Andreas ilə görüşüb.

 

Diasporla İş Üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə təşkilatla meriya arasında əməkdaşlıq, birgə layihələrin reallaşdırılması, eləcə də Tangerhütte şəhərində yaşayan azərbaycanlılarla bağlı müzakirələr aparılıb.

 

Azərbaycan diaspor təşkilatının rəhbəri Yaşar Niftəliyev rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti, Tangerhütte şəhərində yaşayan soydaşlarımız haqqında məlumat verdikdən sonra Brohm Andreası ölkəmiz və onun üzləşdiyi problemlər barədə də geniş məlumatlandırıb. O, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər – Xocalı soyqırımı və digər vəhşiliklər, eləcə də uzun illərdir Azərbaycanın məruz qaldığı haqsızlıqları Brohm Andreasın diqqətinə çatdırıb.

 

Tangerhütte şəhərinin meri Brohm Andreas Azərbaycan xalqının sülhsevər və qonaqpərvər xalq olduğunu vurğulayıb. O, Alman-Azərbaycan Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirərək, mədəniyyət və digər sahələrdə əməkdaşlığın məqsədəuyğun olduğunu bildirib.

 

Görüşün sonunda Yaşar Niftəliyev Brohm Andreasa Azərbaycan və Xocalı soyqırımı haqqında kitablar hədiyyə edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR