Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əlizadə və vitse-prezidenti Nazim Tatlıyev ABŞ-ın Nyu-Meksiko ştatının senat üzvləri Mary Kay Papen, Clemente Sanchez, Villiam F. Brut, region palatasının prezidenti Mike Espiritu və digər rəsmi şəxslərdən ibarət nümayəndə heyəti ilə görüşüb.
Palatadan AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın iqtisadi vəziyyəti, investisiya imkanları, kənd təsərrüfatı, təhsil sahələri, həmçinin Nyu-Meksiko ştatının sənayesi və ixracat potensialı barədə geniş müzakirələr aparılıb.
Niyaz Əlizadə qonaqlara təmsil etdiyi qurumun iş prinsipi, fəaliyyəti, funksiyaları haqqında ətraflı məlumat verib, gələcəkdə Palata ilə əməkdaşlıq məsələlərinin mümkünlüyünü vurğulayıb.
Ticarət və Sənaye Palatasında Nyu-Meksiko ştatının senat üzvləri ilə görüş keçirilib