PAŞA Bank Londonda Azərbaycanın maliyyə bazarı mövzusunda biznes-forum keçirib

PAŞA Bank Londonda Azərbaycanın maliyyə bazarı mövzusunda biznes-forum keçirib
11:38 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
PAŞA Bank Londonda “Azərbaycanın maliyyə bazarı: 2015-ci il üçün proqnoz” adlı beynəlxalq biznes-forum keçirib.
“Paşa Bank”dan AzərTAc-a bildiriblər ki, beynəlxalq biznes-forumun məruzəçiləri Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət təmsilçisi, Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, PAŞA Bankın, SWIFT-in və digər şirkətlərin nümayəndələri olub.
Beynəlxalq biznes-forumda Azərbaycanın bank sektorunun və yerli bazarın beynəlxalq inkişafının artımı və perspektivləri, Avropa ölkələri ilə ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi, Avrasiya qitəsinin iqtisadi baxımdan ən cəlbedici ölkələrindən biri kimi Azərbaycana investisiya qoyuluşu üçün perspektiv istiqamətlər və digər aktual mövzular müzakirə edilib.
“PAŞA Bank”ın baş investisiya direktoru, idarə heyətinin üzvü Taleh Kazımovun sözlərinə görə, biznes-forumun mövzu bölmələri çərçivəsində keçirilən müzakirələr iştirakçılara Azərbaycanın maliyyə-bank sisteminin indiki vəziyyəti haqqında fikir mübadiləsi aparmağa, onun 2015-ci ildə gələcək inkişafının vektorlarını öyrənməyə və müvafiq nəticələr çıxararaq, proqnozlar verməyə imkan yaradıb. Forumun yüksək vəzifəli məruzəçilərinin çıxışları, habelə tədbirin gedişində dəvət olunmuş ekspertlərlə konstruktiv dialoqun yaranması biznes-forumun iştirakçılarına aktual suallara bütün lazımi cavabları almağa imkan verib. “Əminəm ki, bu da xarici investorların əhval-ruhiyyəsinə və Azərbaycanın kapital bazarının inkişafına müsbət təsir göstərəcək”, - deyə T.Kazımov bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/PASA_Bank_Londonda_Azerbaycanin_maliyye_bazari_movzusunda_biznes_forum_kechirib-827967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR