Yağış, qar, güclü külək - SABAH

Yağış, qar, güclü külək - SABAH
12:49 28 Yanvar 2015
438 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub qərb küləyi gündüz günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq. Rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 

Sabahdan etibarən ölkədə yağıntılar kəsəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR