Endi Marrey öldü, öldü, dirildi

Tennisdə mövsümün sonuncu "Böyük dəbilqə" seriyalı turniri olan "US Open"də mübarizə davam edir.

Metbuat.az xəbər verir ki, kişilərin mübarizəsində dünya 3 nömrəsi Endi Marrey Adrian Mannarino ilə qarşılaşıb.

Görüş gözlənilənin əksinə, qarşılıqlı gərgin mübarizə şəraitində keçib. İlk iki setdən fransız tennisçi qalib ayrılıb. Ancaq Marrey özünə gələ bilib. Digər setlərin hər birində 3 dəfə breyk edən və bütün servis oyunlarından xal çıxaran britaniyalı raketka ustası sürprizə imkan verməyib.

"US Open"

Kişilər

2-ci tur

Adrian Mannarino (Fransa) - Endi Marrey (Böyük Britaniya) - 2:3 (7:5, 6:4, 1:6, 3:6, 1:6)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR