Ermənilərin yaraladığı Əlibəyli sakininin vəziyyəti ağırlaşdı

Ermənilərin yaraladığı Əlibəyli sakininin vəziyyəti ağırlaşdı
16:01 4 Sentyabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Əlibəyli kəndini aramsız atəşə tutması nəticəsində yaralanan kənd sakininin vəziyyəti qəfildən ağırlaşıb.

ANS PRESS-in məlumatına görə, bu gün 83 yaşlı Sehran Musayevanın ayağının topuq hissəsi amputasiya olunub. Hazırda qadının vəziyyəti olduqca ağırdı. Onun həyat yoldaşı 87 yaşlı İsa Musayevin isə vəziyyəti orta ağır olaraq qalır.



Sehran Musayeva - yaralanan Əlibəyli sakini

Yaralının ANS PRESS-ə verdiyi məlumata görə, axşam saatlarından başlayan atışma gecəyarıyadək davam edib. Arada bir saatlıq dayansa da, atışma yenidən alovlanıb.

"Atırdılar gecəyarıya qədər. Qonşunun evində gizlənmişdik, arada dayandılar. Elə bildik daha atmayacalar, çıxdıq ki evimizə gedək elə bu vaxt yaralandıq. Əlibəylidə yaşamaq çox ağırdı" - deyə İ.Musayev bildirdi.


İsa Musayev - yaralanan Əlibəyli sakini

Əlibəylidə yerli sakinlər kənddə sığınacaqların olmamasından şikayətlənirlər. Onların sözlərinə görə, kənd ərazisində atışma başlayan zaman sığınmaq üçün "blendajlar" yoxdur. Əibəyli olan yeganə bu saxlanc yeri isə istifadəyə yararsız görsənir. Əlibəyli sakini olan Çingiz Məmmədov deyir ki, müharibə şəraitində yaşadıqları üçün sığınacaqların olması çox vacibdir.

"Atışma baş verəndə sığınmağa yer tapa bilmirik. Kəndə rəhbərlər də gəlib maraqlanmırlar ki, kim ölüb, kim qalıb. Bircə jurnalistlər gəlir. Hər dəfə dam örütklərimizə də ziyan dəyir, rayon rəhbərliyi tərəfindən köməklik göstərilmir. Əlibəyli sakinlərini də incik salan bu səbəblərdi. Yoxsa, erməninin atışması bizi qorxutmur. " - deyə Çingiz Məmmədov bildirdi.


Əlibəylidəki yeganə sığınacaq yeri


Əlibəylidəki yeganə sığınacaq yerinin içəridən görüntüsü

Xatırladaq ki, 3 gündür ki, axşam saatlarında Tovuzun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndi mütəmadi olaraq iriçaplı silahlardan atəşə tutulur. Bu müddət ərzində kənddə 3 ev yanıb. Sakinlər arasında yaralananlar olub. Eyni zamanda kənddəki evlərin dam örütkləri gülləbarandan xeyli zərər görüb.


Əlibəyli sakinləri iri çaplı silahların onlara tuşlanmış güllələrinə baxır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR