Qazaxıstanda alkoqollu içkilərin qanunsuz satışına vergi tətbiq olunur

Qazaxıstanda alkoqollu içkilərin qanunsuz satışına vergi tətbiq olunur
16:08 4 Sentyabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada alkoqollu içkilərin hər beş şüşəsindən biri qeyri-qanuni satılır və bu məhsulun “kölgə” dövriyyəsi ümumi dövriyyənin təxminən 30 faizini təşkil edir.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, alkoqollu məhsulları “kölgə”dən çıxarmaq və rəqabəti gücləndirmək üçün spirtli içkilərin bütün istehsalçıları illik lisenziya yığımları ödəməyə borcludurlar.
Hesablamalara görə, hazırda paytaxtda təxminən 2 min nəfərin pərakəndə ticarət və 64 nəfərin topdansatış ticarət üçün lisenziyası qeydə alınıb.
Vergidən yayınanlara aylıq hesablama göstəricisinin 150-dən 700-dək miqdarında cərimə nəzərdə tutulub. Bundan başqa, hökumət lisenziyanın fəaliyyətini yarim il müddətinə dayandırmaq hüququna malikdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxistanda_alkoqollu_ichkilerin_qanunsuz_satisina_vergi_tetbiq_olunur-882056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR