İspaniyanın süd istehsalçıları Madriddə etiraz aksiyası keçiriblər

İspaniyanın süd istehsalçıları Madriddə etiraz aksiyası keçiriblər
17:58 4 Sentyabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+


Madrid, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Madridin mərkəzi küçələrində minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. Etiraz aksiyasının iştirakçıları ölkənin süd istehsalçıları və onları dəstəkləyənlər olublar.
“Süd istehsalı sektoru müdafiə olunsun!”, “Sənayeçilər və distribyutorlar oğrudurlar!” və s. şüarlar səsləndirən etirazçılar paytaxtın mərkəzi küçələri ilə yürüş ediblər. Yürüş iştirakçıları əsasən südün fermerlərdən çox ucuz qiymətə alınmasına etirazlarını bildiriblər.
Etiraz aksiyası zamanı yolun bağlanmasından narazı olan sürücülər və etirazçılar arasında kiçik qarşıdurmalar yaransa da polisinin müdaxiləsi ilə vəziyyət nəzarətdə saxlanılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyanin_sud_istehsalchilari_Madridde_etiraz_aksiyasi_kechiribler-882109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR