Zəlzələ ilə bağlı qatarların regionlara və beynəlxalq istiqamətlərə hərəkətində heç bir problem yaranmayıb

Zəlzələ ilə bağlı qatarların regionlara və beynəlxalq istiqamətlərə hərəkətində heç bir problem yaranmayıb
18:18 4 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, Elvin Camalov, AZƏRTAC
Gücləndirilmiş iş rejiminə keçən “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq qurumlarının əməkdaşları yoxlama zamanı heç bir problemlə qarşılaşmayıblar.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, infrastruktur departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayıblar. Qatarların regionlara və beynəlxalq istiqamətlərə hərəkətində heç bir dəyişiklik yoxdur, qatarlar öz qrafikləri ilə hərəkət edəcəklər.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumatina görə, bu gün saat 09:49-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 kilometr dərinlikdə baş verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zelzele_ile_bagli_qatarlarin_regionlara_ve_beynelxalq_istiqametlere_hereketinde_hech_bir_problem_yaranmayib-882126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR