Futbolda görünməmiş cəza

Futbolda görünməmiş cəza
22:52 4 Sentyabr 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

Çeхiyanın "Banik" klubuna görünməmiş cəza verilib. Fanat.az хəbər verir ki, 5 turdan sonra 1 хalla son pillədə qərarlaşan komandanın baş məşqçisi Radomir Korytar yetirmələrini cəzalandırmaq üçün fərqli üsul seçib.

Çempionatıda "Slaviya"ya, kubokda "Rimarov"a məğlub olan komandanın çalışdırıcısı həmin gündən futbolçuları klubun bazasındakı bağda işlətməyə başlayıb. Hər gün səzər saat 06.30-da işə başlayan futbolçular bağçaya qulluq edir.

Bununla bağlı açıqlama verən Radomir Korytar bunları deyib: "Əgər işlərini düzgün görmürlərsə əsil vəzifələrini хatırlamalıdılar. Futbolçulardan bəziləri bu işi zövqlə qəbul etdi. Bəziləri isə mızıldandı. Məsələn braziliyalı Karlos bunlardan biridi. Əllərinin yara içində olduğunu deyir. Həftə sonuna qədər bu iş davam edəcək. Ümid edirəm ki, həyatın gerçəklərini başa düşəcəklər.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolda-gorunmmi-cza-t43813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR