Bu film Monrealda 4 dəfə nümayiş olundu (VİDEO)

Bu film Monrealda 4 dəfə nümayiş olundu (VİDEO)
03:06 5 Sentyabr 2015
43 Şou
Ölkə mətbuatı
A- A+

Kanadada keçirilən 39-cu Monreal Beynəlxalq Film Festivalında Məcid Məcidinin Məhəmməd Peyğəmbərə həsr etdiyi film böyük maraqla izlənilib.

ANS PRESS-in məlumatına görə, filmin nümayişi böyük ajiotaja səbəb olduğundan bu ekran əsərini festival çərçivəsində 4 dəfə nümayiş etdiriblər.

Festivalın ən yaxşı filmlərindən biri hesab edilən Məhəmməd Peyğəmbərin uşaqlıq həyatından bəhs edən ekran əsəri İran və Türkiyə kino mütəxəssislərinin qarşılıqlı əməyi əsasında ərsəyə gəlib.

Ümumi büdcəsi 30 milyon dollar təşkil edən ekran əsərində animasiya və aksiyon səhnələrdən də istifadə edilib.

Çəkilişlərin bir hissəsi Məkkə və Mədinə şəhərlərində aparılıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=359892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR