Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri son bir həftə ərzində xeyli sayda itki verib

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri son bir həftə ərzində xeyli sayda itki verib
18:58 5 Sentyabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Cəbhə boyu zonada vəziyyət gərgin olaraq qalmaqdadır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həftə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 834 dəfə pozub.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əməliyyat şəraitini qiymətləndirərək düşmənin bütün təxribat və fəaliyyətlərinin qarşısını vaxtında almaqla onun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 1017 atəş zərbəsi endirib.
Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin yeddi hərbi qulluqçusu məhv edilib və xeyli sayda yaralısı var.
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_Nazirliyi_Ermenistan_silahli_quvveleri_son_bir_hefte_erzinde_xeyli_sayda_itki_verib-882371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR