Masallıda ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Masallıda ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
19:03 5 Sentyabr 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+


Masallı, 5 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Şəhər Mədəniyyət Mərkəzində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda rayon təhsil şöbəsinin müdiri Astan İbişovun 2014–2015-ci tədris ilinin yekunları dair məruzəsi dinlənilib. Qeyd olunub ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 321 nəfəri ölkənin ali məktəblərinə qəbul olunub. Onların 21 nəfəri 600-dən, 64 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Bundan əlavə, ümumi orta təhsil bazası üzrə 175 məzun orta ixtisas məktəblərinə daxil olub.
Masallı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru, Əməkdar Müəllim Mirqabil Hüseynov, Banbaşı kənd tam orta məktəbinin gənc müəllimi Yeganə Əliyeva, Həsənli tam orta məktəbinin məzunu Azad Cabbarov, “Dəfinə” liseyinin məzunu Əlişah Eynallı, Böyük Xocavar kənd tam orta məktəbinin müəllimi Həlimə Əhmədova, Şərəfə kənd tam orta məktəbinin məzunu Şəms İsazadə, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, rayon ziyalılar cəmiyyətinin sədri Qardaş Fətullayev konfrans iştirakçılarını qarşıdan gələn Bilik Günü münasibətilə təbrik ediblər.
Təhsil nazirliyinin nümayəndəsi Elmir Həsənov ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən tədbirlər barədə danışıb, tövsiyələrini bildirib və “İlin ən yaxşı müəllimi” vəsiqəsini Ərkivan 3 nömrəli məktəbin pedaqoqu Dadaşbala Düniyevə təqdim edib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun təhsil həyatının bəzi məqamlarını təhlil edərək bildirib ki, son on ildə rayondakı 99 məktəb binasının 47-si, o cümlədən son üç ildə 18-i yenisi ilə əvəz olunub, təhsilin maddi-texniki bazası möhkəmlənib. Bütün bunlar Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli təhsilin inkişafına xüsusi önəm verməsinin təzahürüdür.
Konfransda bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərmanlar təqdim edilib, Azərbaycan Prezidentinə müraciət qəbul olunub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallida_oten_ders_ilinin_yekunlari_ve_qarsida_duran_vezifeler_muzakire_edilib-882374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR