Serj Sarkisyan və Anjey Kasprşik qoşunların təmas xəttindəki vəziyyəti müzakirə ediblər

20:52 5 Sentyabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 05 Sentyabr 2015 20:50 ]

Bakı-APA. Ermənistan prezidenti Serj Sarkisyan və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

 

“Tərəflər təmas xəttində atəşkəs rejiminin pozulması hallarının artmasından narahatlıqlarının ifadə ediblər”, deyə məlumatda bildirilir.  

 

Sarkisyan münaqişə tərəflərinin təmas xəttində baş verən insidentlərin araşdırılmasına dair ATƏT Minsk qrupunun təklif etdiyi mexanizmlər üzrə razılığın əldə olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu qoşunların təmas xəttində gərginliyin azaldılmasına imkan verəcək. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR