Keyt Middltonun üçüncü dəfə hamilə olması xəbəri yayıldı

Keyt Middltonun üçüncü dəfə hamilə olması xəbəri yayıldı
23:51 6 Sentyabr 2015
55 Şou
Ölkə mətbuatı
A- A+

Kembric hersoginyası Keyt Middltonun üçüncü dəfə hamilə olması ilə bağlı xəbər yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu haqda məlumatı "Star magazine" dərgisi yayıb.

Jurnalda yer alan məqalədə Keytin 1 aylıq hamilə olduğu və hazırda ağır günlər keçirdiyi vurğulanıb.

Şahzadə Uilyamın 33 yaşlı xanımı hələ 4 ay bundan əvvəl ikinci övladı Şarlotta Yelizaveta Diananı dünyaya gətirmişdi. Şahzadənin üçüncü hamiləliyi ilə bağlı xəbəri eşidən Böyük Britaniya kral ailəsi sevinclərini yaxınları ilə bölüşüblər. İngilis mediası bunla bağlı məlumatlar yazmasına baxmayaraq, kral ailəsindən rəsmi açıqlama verilməyib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR