Yunanıstan: “Radikal” nazirlər kabineti işə başlayır

Yunanıstan: “Radikal” nazirlər kabineti işə başlayır
15:23 28 Yanvar 2015
267 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
Yunanıstanın həm sağ, həm də sol qanadın radikallarından təşkil olunmuş yeni nazirlər kabineti andiçmə mərasimi ilə öz işinə başlayıb.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, kabinetə yanvarın 25-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanan SİRİZA partiyasının lideri Aleksis Tsipras başçılıq edir.
Yeni kabinetdə əsas postlardan biri - maliyyə naziri postu kreditorlara qarşı münasibətdə sərt mövqe tutan Yannis Varufakisə həvalə olunub. Müdafiə naziri vəzifəsinə isə sağ radikal “Müstəqil yunanlar” partiyasının nümayəndəsi Panos Kammenos təyin edilib. Panos Kammenos da koalisiyadakı tərəfdaşları kimi Avropa İttifaqının tövsiyəsi ilə Yunanıstanda tətbiq edilən sərt iqtisadi rejimin ləğv olunmasını istəyir.
Yeni hökumət artıq Avropa İttifaqındakı tərəfdaşları ilə danışıqlara başlayıb. Yunanıstan isə səbirsizliklə seçkiqabağı vədlərin yerinə yetirilməsini gözləyir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yunanistan_Radikal_nazirler_kabineti_ise_baslayir-828049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR