Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ödəniş sistemlərinin təhlükəsizliyinin təmin edilməsini dəstəkləyir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ödəniş sistemlərinin təhlükəsizliyinin təmin edilməsini dəstəkləyir
12:46 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Mərkəzi Bankı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunması, nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi məqsədi ilə layihələr həyata  keçirir.


"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, qeyd edilən layihələrdən biri hazırda icrası başa çatmaq üzrə olan "Milli Ödəniş Sisteminin Modernizasiyası" layihəsi, digəri isə "Kart Ödənişləri üzrə Milli Şəbəkə"nin yaradılması layihəsidir.
 
"Milli Ödəniş Sisteminin Modernizasiyası" layihəsi çərçivəsində görülən işlər nəticəsində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi beynəlxalq infrastrukturlarla yanaşı, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunan Lokal Telekommunikasiya Şəbəkəsi üzərindən də fəaliyyət göstərməyə başlayıb.

Eyni zamanda sistemdə informasiya təhlükəsizliyinin təmin olunması üçün artıq Mərkəzi Bankın "Bank Sertifikat Xidmətləri Mərkəzi"nin xidmətlərindən istifadə olunur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Milli Ödəniş Sisteminin əsas komponentinin fəaliyyətinin müstəqilliyi və təhlükəsizliyi tam təmin olunub.

Layihənin növbəti mərhələsində Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin funksional imkanları təkmilləşdirilərək beynəlxalq praktikada geniş istifadə olunan birbaşa debitləşmə ödəniş aləti ilə ödəniş əməliyyatlarının aparılması imkanı yaradılacaq, informasiya təhlükəsizliyinin təmin olunması isə milli məhsullardan istifadə olunmaqla təmin olunacaq.
 
 
Bu tədbirlərlə yanaşı, ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankın ehtiyat mərkəz infrastrukturu müvafiq standartlar əsasında təkmilləşdiriləcəkdir. Digər tədbir isə ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsinin təmin olunması məqsədilə həyata keçirilən "Kart Ödənişləri üzrə Milli Şəbəkə"nin yaradılması layihəsidir.
 
Layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart təşkilatlarının infrastrukturları arasında interfeys yaradılacaqdır və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcəkdir.
 
Aynur Vəliyeva 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38573-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR