"Azərikimya" payız iməciliklərinə start verib (FOTO)

"Azərikimya" payız iməciliklərinə start verib (FOTO)
18:28 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

"Azərikimya" İstehsalat Birliyinin müəssisələrində 2015-ci ilin payız iməciliklərinə start verilib.

İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, ilk iməciliklərini qarşıdan gələn 20 sentyabr - Neftçilərin peşə bayramı gününə həsr edən kimyaçılar Birliyin struktur bölmələrinin ərazilərində təmizlik-abadlıq işləri aparmağa qərar vermişlər. İməcilikdə Etilen-polietilen zavodundan 200, Təmir-tikinti İdarəsindən isə 75 nəfər olmaqla 275 kimyaçı iştirak etmişdir.

Əsas qüvvələrini Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərinə cəlb edən kimyaçılar iməcilik ərzində abadlıq işləri apararaq müvafiq əraziləri alaq otlarından təmizləmiş, ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərmiş, diblərini belləmiş, suvarma işlərini həyata keçirmiş, həmçinin öncədən hazırlanmış sahələrdə bəzək və gül kolları əkmişlər.

Sumqayıtın sənaye zonasında yaşıllığın artırılmasına, bununla da ekoloji mühitin yaxşılaşdırılmasına xidmət edən iməciliklərin daha ikisinin – 12 və 19 sentyabr iməciliklərinin də Neftçilərin peşə bayramı gününə həsr edirilməsi nəzərdə tutulmuşdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2430799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR