Bakı, 8 sentyabr, AZƏRTAC
“Hesab.az” onlayn xidmətlər portalından istifadə edənlərin sayı artıb.
AZƏRTAC portala istinadla xəbər verir ki, qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından faydalananların sayı artıq 185 min 540 nəfərə çatıb.
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, həmçinin internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının və bir sıra bank kreditlərinin ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılmaqla təhlükəsizliyi tam təmin olunur.
“Hesab.az” portalının “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər bir istifadəçinin öz ödəmələrinin tarixçəsini aparmaq imkanı var. Bundan başqa, istifadəçilər topladıqları bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.