"Real"ın stadionu da ərəblərin əlinə keçdi

"Real"ın stadionu da ərəblərin əlinə keçdi
17:05 28 Yanvar 2015
68 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının ev oyunlarını keçirdiyi stadionun adı "Əbu Dabi Bernabeu" adlanacaq.
 
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, "Real" və Birləşmiş Ərəb Əmirliklərinin "International Petroleum Investment Company" neft şirkəti arasında əməkdaşlıq çərçivəsində mümkün olub.
 
Tərəflər arasındakı müqaviləyə əsasən, stadionun yeni adına görə klub ildə 20 milyon avro qazanacaq. Şirkət, eyni zamanda, stadionda dəyəri 500 milyon avro qiymətləndirilən yenidənqurma işlərinin böyük hissəsini maliyyələşdirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR