Bakı, 8 sentyabr, AZƏRTAC
Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə “Neftçi” idman klubunun sablyaçılarından Cavanşir Ağakişiyev bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi adını qazanıb. Nərminə Cəfərova isə zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda bürünc medala sahib olub.
Yarışda Azərbaycan, Türkiyə, Rumıniya, İraq və Bolqarıstandan 25 idmançı mübarizə aparıb.